Qatar əmiri Putinin Yaxın Şərqdəki addımlarını dəstəklədi

0
304

Qatar əmiri Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərqdəki addımlarına dəstək verdiyini dilə gətirdi. Bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin məlumat verdi.
Vyaçeslav Volodinin başçılıq etdiyi Dövlət Dumasının nümayəndə heyəti, Parlamentlərarası Birliyin 140-cı Məclisində iştirak etmək üçün Qatara rəsmi yola düşüb. Səfər zamanı Volodin Qatar Əmiri Tamim Ben Hamad əl Tani ilə görüşdü.
Volodin Qatar əmirinə Putinin salamını çatdırdı. Qatar Əmiri öz növbəsində, Rusiya ilə Qatar arasındakı əlaqələrin inkişaf səviyyəsini yüksək qiymətləndirdi.
“Qatar Əmiri, Vladimir Putinin Yaxın Şərq regionunda atdığı addımlara dəstək verdiyini dilə gətirdi. O, ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişafını yüksək qiymətləndirdi, xüsusilə deputatların və Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin səylərini qeyd etdi” – Volodin jurnalistlərə açıqlamasında bildirdi.