Putin, Türkiyə ilə məhdudiyyətləri ləğv etməyə çağırdı

0
232

Rusiya Federasiyası ilə Türkiyə arasındakı ticarətin genişləndirilməsi bu sahədə mövcud məhdudiyyətlərin ləğvi ilə inkişaf edə bilər. Bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən yüksək səviyyəli Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının toplantısında bildirdi.
“Hesab edirəm ki, bu sahədə olan mövcud məhdudiyyətlərin aradan qaldırılması ilə, ticarətin inkişafı təmin oluna bilər.İnvestisiya əməkdaşlığının aktivləşdirilməsi iqtisadiyyatın sənayə, metallurgiya, kənd təsərrüfatı, və digər sahələrinə təkan verəcək”- Putin qeyd etdi.