Putin dünya ictimaiyyətini BMT nizamnaməsinə əməl etməyə çağırdı

0
337

Rusiya Dövlət Başçısı Vladimir Putin Beynəlxalq Arktik Forumda sanksiya müzakirəsi əsnasında dünya ictimaiyyətini BMT Nizamnaməsini əməl etməyə və normal siyasi həyata dönməyə çağırdı.

“Gəlin sadəcə beynəlxalq hüququn əsas normalarına, BMT Nizamnaməsinə riayət edək” – Putin qeyd etdi.
Bundan əlavə Putin qeyd etdi ki, Rusiya təyyarələri Norveç üzərindən uçmayıb.
“Bizim hərbi təyyarələr Norveçin ərazisi üzərindən uçuşlar aparmayıb. Onlar orada uçmurlar, orada olmayıblar, və ümid edirəm ki olmayacaqlar” – Rusiya prezidenti bildirdi.