Putin Təhlükəsizlik Şurası ilə müşavirə keçirtdi

0
204

 

Rusiya Dövlət Başçısı Vladimir Putin, Sankt-Peterburqda Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirtdi.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verdi.
“Müşvirə iştirakçıları Arktik forumunun mövzusunu müzakirə etməyə davam etdilər. Dövlət başçısı Beynəlxalq Arktik Forumun çərçivəsində keçirilmiş digər ölkələrin dövlət və hökumət başçıları ilə əlaqələr barədə məlumat verdi” – Peskov qeyd etdi.
Onun sözlərinə görə, müşavirə zamanı “ölkənin sosial-iqtisadi inkişafının aktual məsələləri, habelə beynəlxalq gündəliyin bir sıra məsələləri müzakirə olundu.