Volqoqraddaki partlayıcı qurğular barədə məlumat təsdiqlnmədi

0
211

Volqoqraddakı məktəb, xəstəxana və inzibati binalarda partlayıcı qurğu olduğu barədə məlumat təsdiqlənmədi.
Bu barədə daxili İşlər Nazirliyinin Volqoqrad üzrə baş idarəsinin mətbuat xidməti jurnalistlərə açıqlamasında bildirdi.
“Bütün obyektlərdə hərtərəfli axtarış aparıldı. Partlayıcı qurğu barədə daxil olan anonim mesajları heç bir təsdiqlənmədi” – məlumatda deyilir.
Qeyd edək ki, bir müddət öncə, Volqoqradda ,məktəblər də daxil olmaqla, 30-dan çox sosial müəssisədə partlayıcı qurğunun olması haqqında e-poçt vasitəsi ilə anonim məlumat daxil olub. Binalarda olan bütün insanlar evakuasiya olundu.