Rusiyalı turistlər Kiprdə ağır xəsarət aldı

0
305

Rusiyalı iki turist: qadın və yeddi yaşlı uşaq Kipri “Ayia Napa” adlı lunaparkında bədbəxt hadisə nəticəsində ağır yaralandı.
Bu barədə Kiprin Alpha telekanalı məlumat verdi.
Karuselin üzərində gəzinti zamanı turistlərin oturacağı metal dirəyə çırpılıb. 44 yaşlı qadın sol dizindən zədə aldı, sağ qolu sınaraq, kəllə-beyin travması aldı.
7 yaşlı uşaqda isə sağ ayağının açıq sınığı müşahidə olundu.
Hadisədən sonra, əyləncə parkının sahibləri yaralıları Paralimni’deki xüsusi klinikaya gətirdi. Daha sonra isə onlar Limassoldakı xüsusi
tibb mərkəzinə köçürüldü.
Turistlərin həyatına heç bir təhlükə olmadığı bildirilir.
Əyləncə parkının sahibi bütün karusellərin lisenziyası olduğunu, mütəmadi olaraq yoxlanıldığını və alman mütəxəssisləri tərəfindən üç gün əvvəl yoxlanıldığını bildirdi.