Lavrov Fələstin Xarici İşlər Nazi ilə görüşdü

0
198

 

Rusiya xarici işlər naziri Sergey Lavrov Fələstin Xarici İşlər Naziri Riyad Əl Maliki ilə görüşdü.
Görüş əsnasında Yaxın Şərqdəki vəziyyətin tənzimlənmə məsələləri müzakirə olundu.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətində məlumat verildi.
“Müzakirə zamanı Yaxın Şərqdəki münaqişə problemləri, Fələstin ərazilərindəki vəziyyətin tənzimlənməsi və Fələstin milli birliyinin bərpası məsələsinə diqqət yetirildi” – məlumatda deyilir.
Bundan əlavə, Rusiya – Fələstin ənənəvi dostluq əlaqələrini daha da möhkəmləndirən bəzi aktual məsələlərə də toxunuldu.
Qeyd edək ki, Fələstin Xarici işlər naziri Riyad əl-Maliki, Rusiya-Ərəb Əməkdaşlıq Forumunun beşinci iclasında iştirak etmək üçün Moskvaya gəlib.