Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başa çatdı

0
189

Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başa çatdı

Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan və Sergey Lavrov arasında üçtərəfli görüş başa çatdı.
Bu barədə üç ölkənin Xarici İşlər Nazirlikləri birgə bəyanat yaydı.
Bəyanatda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Vyana sammitində əldə olunmuş razılığa uyğun olaraq görüş iştirakçıları sərhəddə və təmas xəttində vəziyyəti, həmçinin humanitar sahədə əlaqələrin perspektivinə dair müzakirə apardı.
Görüş əvvəlcə 3 nazir arasında baş tutduğu, daha sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdiyi bildirilir.