Lavrov Qutyereşlə Yaxın Şərgi müzakirə etdi

0
341

 

Rusiya xarici işlər naziri Sergey Lavrov və BMT-nin baş katibi Antonio Qutyereş arasında telefon danışığı baş tutdu.
Danışıq əsnansında Yaxın Şərq, Şimali Afrika və Suriyadakı vəziyyətin həlli məsələləri müzakirə olundu.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verdi.
“Dünya Təşkilatının gündəliyində olan mövcud məsələlər müzakirə olundu. Xüsusilə, Yaxın Şərq və Şimali Afrikada, o cümlədən Suriyadakı münaqişələrin və böhran vəziyyətlərinin həlli məsələlərinə toxunuldu. Rusiya tərəfi BMT ilə davamlı qarşılıqlı əlaqələrə diqqət yetirdi” – məlumatda deyilir.