Rusiya səfirliyi NATO-nun militarizasiya cəhdini tənqid etdi

0
264

NATO-nun militarizasiyası ittifaq üzv ölkələri sakinlərinin təhlükəsizliyinin səviyyəsinin yüksəlməsinə kömək etmir.
Bunu Rusiyanın Böyük Britaniya səfirliyinin mətbuat katibi bildirdi.
“Estoniyaya növbəti vertolyot partiyasının göndərilməsi, “Rusiyadan mühafizə” ilə bağlı ifadələrnövbəti təxribatının bütün əlamətlərinə sahibdir. Bu hərəkətlər Londonun “təcavüzkar” Rusiya mövzusunu saxlamağa imkan verdiyi opportunistik marağını əks etdirir” – diplomat qeyd etdi.
Qeyd edək ki, bir müddət öncə,Britaniya müdafiə naziri Gavin Uilyamson, Londonun Estoniyaya Rusiyadan ehtimal olunan təhlükəyə maneə törətmək üçün 5 hücum vertolyotu göndərdiyini bildirdi.