XİN Ukraynanı Kerç boğazı ilə bağlı müzakirəyə çağırdı

0
327

Rusiya Ukraynanı Kerç boğazı ərazisindəki vəziyyətlə dair məsləhətləşmələrə başlamağa çağırır. Bir müddət öncə, bu ərazidə Rusiya sərhədinin pozulmasına görə Ukraynalı dənizçilər saxlanılıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verdi.
“Biz Ukrayna tərəfini öz günahından irəli gələn problemi həll etmək, öz vətəndaşları üçün həqiqətən narahatlıq göstərmək və tərəflər arasında məsləhətləşmələr aparmağa çağırırıq” – Xarici İşlər Nazirliyinin rəsmi saytında deyilir.
Qeyd edək ki, 2018-ci ilin Noyabr ayında Ukraynanın üç hərbi gəmisi Kerç boğazında Rusiya Federasiyasının sərhədini bozduğuna görə saxlanılıb.
Hadisə nəticəsində gəmilərdə olan 24 hərbiçi həbs edilib.
Onlara Rusiyanın dövlət sərhədinin qeyri-qanuni keçməsi maddəsi ilə cinayət işi açılıb.