ABŞ-ın Kubaya qarşı yeni tədbirləri Rusiyaya qarşı yönəlməyib

0
374

ABŞ-ın Kubaya qarşı yeni tədbirləri Rusiyaya və ya hər hansı bir ölkəyə qarşı yönəlməyib.
Bu barədə Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi jurnalistlərə məlumat verdi.
“Bu qanunvericiliyi tətbiq etməklə biz hər hansı bir ölkəni və ya şirkəti hədəfə almırıq. Dövlət Katibi açıq şəkildə bildirib ki, bu qərarda heç bir istisna olmayacaq, və bu heç kimə qarşı yönəlməyib” – nümayəndə qeyd etdi.
Qeyd edə ki, Dövlət katibi Mayk Pompeonun, mayın 2-dən etibarən Birləşmiş Ştatların Kuba və xarici şirkətlərə inqilabdan sonra vətəndaşlardan mülkiyyətlə ələ keçirilən əmlakla bağlı məhkəmə iddialarının verilməsi imkanını nəzərdə tutan qanunu vaxtını uzatmayacağını bildirdi.