Moskvada yüzdən çox insan evakuasiya edildi

0
381

Moskvadan cənubda yerləşən Bravo ticarət mərkəzindən yüz nəfərdən çox insan evakuasiya edildi.
Hadisəyə səbəb avtodayanacaqda, avtomobilin yanması oldu.
Bu barədə paytaxtın Fövqaladə Hallar Xidmətinin nümayəsndəsi məkumat verdi.
“Ticarət mərkəzinin mənfi birinci mərtəbəsində avtomobil yandı. “Borisovskiye prudı” , ev 26 ünvanında yerləşən ticarət mərkəzindən yüzdən çox insan evakuasiya edildi.” – nümayəndə bildirdi.
Onun sözlərinə görə, avtomobilin sahibi yanğınsöndürənlər gəlməmişdən öncə yanğını söndürməyə müvəffəq oldu.