Estoniya prezidenti Putini Tartuya dəvət etdi

0
225

Moskvaya işgüzar səfərdə olan Estoniya prezidenti Kersti Kaljulaid, Rusiya lideri Vladimir Putini 2020-ci ildə Tartu şəhərində keçiriləcək Finno-Uğr xalqları konqresinə Estoniyaya dəvət etdiyini bildirdi.
“2020-ci ildə Tartu şəhərində keçiriləcək Finno-Ugrik Xalqlarının Konqresinə Vladimir Putini Estoniyaya dəvət etmişəm ” – Kaljulaid, Estoniyanın Moskvadakı səfirliyində təşkil olunan mətbuat konfransında qeyd etdi.
Qeyd edək ki, Kaljulaid cümə axşamı Moskvaya işgüzar səfərə gəldi. Bu, Estoniyanın dövlət başçısının səkkiz il ərzində Rusiyaya ilk səfəridir. Kaljulaid respublika səfirliyinin bərpa edilmiş tarixi binasının açılışında iştirak etdi və Putinlə görüşdü.