Estoniya prezidenti Putinlə görüşünü yüksək qiymətləndirdi

0
245

 

Estoniya Prezidenti Kersti Kaljulaid Moskvada Rusiya prezidenti Vladimir Putin ilə görüşünü “çox gözəl” adlandıraraq ş, yüksək qiymətləndirdi.
“Çox yaxşı bir görüş oldu. Biz qəliz mövzular haqqında çox danışdıq və xüsusilə çətin anlarda bir-birimizə qarşılıqlı hörmət göstərdik ” – Kaljulaid, Estoniyanın Moskvadakı səfirliyində təşkil olunan mətbuat konfransında qeyd etdi.
Qeyd edək ki, Kaljulaid cümə axşamı Moskvaya işgüzar səfərə gəldi. Bu, Estoniyanın dövlət başçısının səkkiz il ərzində Rusiyaya ilk səfəridir. Kaljulaid respublika səfirliyinin bərpa edilmiş tarixi binasının açılışında iştirak etdi və Putinlə görüşdü.