Lavrov və Çavuşoğlu Liviyadakı vəziyyəti müzakirə etdi

0
309

Rusiya xarici işlər naziri Sergey Lavrov, Türkiyə Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu ilə Liviyadakı vəziyyəti müzakirə etdi.
Tərəflər ölkədəki vəziyyətin pisləşməsindən narahat olduğlarını bildirdilər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verdi.
“Nazirlər Liviyada mövcud vəziyyətlə əlaqədar fikir mübadiləsi apardılar, Tripolidə müxtəlif silahlı qruplar arasında davam edən qarşıdurmalar nəticəsində, vəziyyətin ciddi gərginləşməsi ilə əlaqədar narahatlıqlarını ifadə etdilər” – məlumatda deyilir.
Əlavə olaraq, tərəflər qarşıdurmanın dayandırılmasını və müharibə edən tərəflərin yalnız Liviyadakı BMT-nin fəaliyyət planına əsaslanan siyasi-diplomatik dialoq vasitəsi ilə barışdırılmasını təsdiqlədi.