Oreşkin, Rusiyayanın Ukraynaya qarşı necə cavab hazırladığını açıqladı

0
325

Rusiya Ukraynanın Nazirlər Kabinetinin hərəkətlərinə cavab verdi.
Bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin jurnalistlərə açıqlamasında bildirdi.
Belə ki, Rusiya Federasiyası Ukraynadan müəyyən növ mühəndislik məhsulları, yüngül sənaye və metal emalı, boru məhsulları, kağız və karton, geyim və ayaqqabı idxalını qadağan edir.
Bundan əlavə, 1 iyun tarixindən etibarən Rusiya Ukraynanı yalnız müəyyən icazə ilə kömür, benzin və dizel yanacağı ilə təmin edəcək.
Rusiya Federasiyasından Ukraynaya neft, etan, butan, bitum, etilen, propilenin ixracı tamamilə qadağan edildi.