Rusiya və Estoniya prezidentinin görüşü başa çatdı

0
435

 

Rusiya prezidenti Vladimir Putin və Estoniya prezidenti Kersti Kaljulaidin iştirakı ilə Rusiya-Estoniya danışıqları başa çatdı.
Kremldə təşkil olunan görüş, 2,5 saat davam etdi.
Putinlə yanaşı, Rusiya tərəfindən Xarici İşlər Naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov da iştirak etdi.
Estoniya tərəfindən isə Estoniyanın Rusiyadakı səfiri Marqus Laidre və Estoniya Prezident ofisinin direktoru Tiit Riisalo təmsil etdi.