ABŞ bütün ölkələri Rusiya təyyarərinin yolunu bağlamağa çağırdı

0
253

 

Amerika Birləşmiş Ştatları, Maltanı nümunə gətirərək, Venesuelaya gedən yolu Rusiya təyyarələri üçün bağlamağa çağırdı.
Bu barədə ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Morqan Orqanun öz Twitter hesabında bildirdi.
Rusiya Xarici İşlər Nazirinin xüsusi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Rusiya Malta’daki Səfirlik vasitəsi ilə, 4 Aprel tarixində Venesuelaya yük və sərnişin daşıyan iki təyyarəsini ölkə üzərindən uçmaq üçün icazə aldı.
Lakin Malta Dövlət orqanları heç bir şərh vermədən, Rusiya təyyarələrinə ölkə üzərindən uçmağa icazə verməkdən imtina etdi.
Rusiya Xarici İşlər Nazirliyində, Malta ilə ikitərəfli əlaqələrdə Moskvanın bu işi nəzərə alacağı qeyd edildi.