Rusiya, Suriyanın Tartus limanını icarəyə götürür

0
293

 

Suriya “Tartus” limanını yaxın bir həftə ərzində, nəqliyyat və iqtisadi istifadə üçün, Rusiyaya 49 illik icarəyə verəcək.
Bu barədə, Baş nazirin müavini Yuri Borisov, Suriya prezidenti Bəşər Əsəd ilə görüşdən sonra jurnalistlərə açıqlamasında məlumat verdi.
“Müsbət dinamika verməli olan əsas məsələ Tartus limanından istifadəsi məsələsidir. Biz bu məsələdə əlaqələri çox yaxşı inkişaf etdirdik və ümid edirik ki, bir həftə ərzində müqavilə imzalanacaq və 49 il ərzində Rusiyanın biznesində “Tartus” limanı fəaliyyətə başlayacaq” -Borisov qeyd etdi.