Lavrov və İran xarici işlər naziri arasında telefon danışığı baş tutdu

0
344

 

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və İranın Xarici İşlər Naziri Cavad Zarif arasında telefon danışığı baş tutdu.
Danışıq zamanı nazirlər, Suriya məsələsinin həlli yollarını və iki ölkənin birgə fəaliyyət planını müzakirə etdi.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verdi.
“Beynəlxalq və regional gündəliyin bəzi aktual məsələləri, o cümlədən Astana formatında 12-cü beynəlxalq görüşə hazırlıq kontekstində Suriya münaqişəsinin irəliləməsi ilə bağlı məsələlər, eləcə də, İranın nüvə proqramının birgə fəaliyyət planını müzakirə etdi” – məlumatda deyilir.