Moskva Müsəlmanları xeyriyyə yarmarkası təşkil etdi

0
248

 

Müsəlman Fondu Moskvada xeyriyyə yarmarkası təşkil etdi.
Yarmarkadan yığılmış məbləğ, serebral iflic və autizmli uşaqlara yardım mərkəzlərinə göndəriləcək.
Bu barədə “Zəkat” fondunun direktoru Rifat İzmaylov məlumat verdi.
Moskva Müsəlmanları Ruhani İdarəsinin “DAR” mədəniyyət mərkəzində xeyriyyə yarmarkası keçirildi. Yarmarkada tikmə, rəsm, oyuncaq, şirniyyat, paltar və ayaqqabıları təqdim edilməklə yanaşı, Noqinskdə (Moskva vilayəti) yaşayan Suriyalı qaçqınların əl işləri də nümayiş etdirildi. Bütün gəlirlər tibbi yardım ehtiyacı olan uşaqlara göndəriləcək”- deyə İzmaylov bildirdi.