Rusiya Müdafiə Nazirliyi ABŞ-a Venesuelada hərbi əməliyyatlara görə xəbərdarlıq etdi

0
268

 

Venesuelaya qarşı hərbi əməliyyatlar Vaşinqtonun maraqları çərçivəsində olmayacaq.Çünki bu Venesuelalıları qanuni yolla seçilmiş prezident Nikolas Maduronun ətrafına toplayacaq, və Latın Amerikası ölkələrini ABŞ-a qarşı yönəldəcək. Bunu müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin bildirdi.
“Hansı hadisələrin baş verdiyini yaxşı bilirsiniz. Bu hadisələrin əsas günahkarları Amerika Birləşmiş Ştatlarıdır. Belə ki,, bu yaxınlarda ABŞ qərar verərək Venesuelanı öz düşməni elan etdi” – Fomin qeyd etdi.
Onun sözlərinə görə, növbəti potensial “qurbanlar” Kuba və Nikaraquadır.
23-25 aprel tarixində keçiriləcək Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı ərəfəsində RT telekanalına müsahibəsində Aleksandr Fomin, Venesuelada vəziyyətin mürəkkəbləşməyinin davam etdiyini vurğuladı.