Putin Serbiya prezidenti ilə görüşəcək

0
277

Rusiya prezidenti Vladimir Putin aprelin 26-da Çinə səfəri çərçivəsində Serbiya prezidenti Aleksandr Vuciç ilə görüşəcək.
Rusiya və Serbiya prezidentləri ikitərəfli əlaqələri və Kosova məsələsinin həllini müzakirə edəcək. Bu barədə Vladimir Putinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirdi.
“Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç. Xatırladaq ki, yanvarın 17-də prezidentimiz Serbiyaya rəsmi səfər edib. Pekində keçiriləcək görüşdə, təkcə ikitərəfli məsələlər deyil, həm də Kosovo ilə bağlı məsələlər də müzakirə olunacaq” – Uşakov qeyd etdi.