Putin Şimali Koreya lideri ilə görüşəcək

0
214

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen In ilə 26 Aprel tarixində Vladivostokda görüşəcək.
Əvvəcə görüş iki ölkə lideri arasında təkbətək olacağı daha sonra isə müzakirələrə Rusiya və Şimali Koreya nümayəndələrinin də qoşulacağı bildirilir.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verdi.
Uşakovun sözlərinə görə Rusiya nümayəndə heyətinin tərkibində Rusiyanın baş nazirinin müavini Yuri Trutnev, Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiya nəqliyyat naziri Yevgeni Dietrich, Rusiya və KXDR Hökumətlərarası Komissiyasının Rusiyanın Nazirlər Şurasının sədri, Rusiya Dəmir Yolları Başçısı Oleg Belozerov və Rusiyanın Energetika nazirinin müavini Anatoli Yanovski də iştirak edəcək.