ATƏT-in baş katibi Rusiya ilə NATO arasındakı gərginliyi azaltmaq üçün təkliflər irəli sürdü

0
256

ATƏT-in baş katibi Tomas Qreyminger, Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində, Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşündə Rusiya və NATO arasında gərginliyin azaldılması məqsədi ilə bir sıra tədbirlər təklif etdiyini bildirdi.
“Biz hərbi risklərin minimuma endirilməsi və yanlış anlamalar da daxil olmaqla, neqativ hadisələrin qarşısının alınması tədbirlərinin vacibliyində razılığa gəldik” – Qreyminger, jurnalistlərə açıqlamasında qeyd etdi.
“Mən bu riskləri minimuma endirmək və qarşılıqlı anlaşmanı gücləndirmək məqsədi ilə bir neçə kiçik təklif irəli sürmüşəm” – ATƏT baş katibi əlavə etdi.
Onun sözlərinə görə, bəzi təkliflər, hərbi şöbələr arasında dialoqun qurulmasına aiddir, digərləri isə xüsusi davranış qaydalarını inkişaf etdirməklə hava şəraitində anlaşılmazlıqların azaldılmasına yönəldiləcək.