Moskva məktəbində 120 nəfər təxliyyə edildi

0
290

Moskvanın cənub-qərbində yerləşən məktəbindən, 120 nəfərə yaxın şəxs evakuasiya olundu. Hadisəyə səbəb isə məktəbin binasında partlayıcı qurğunun olması barədə daxil olan anonim məlumatdır. Bu barədə paytaxtın Fövqaladə Hallar xidmətinin xüsusi nümayəndəsi məlumat verdi.
“Litovski Bulvarında 1103 nömrəli məktəbdə partlayıcı qurğu olması barədə anonim məlumat daxil oldu. Məktəb binasından 120 nəfər evakuasiya olundu”
Hazırda məlumatla bağlı hüquq mühafizə orqanlarının məktəb binasında axtarış apardığları bildirilir.