Rusiya Müdafiə Nazirliyi vətənlərinə qayıdan Suriyalıların sayını açıqladı

0
245

Rusiya və Suriyanın birgə fəaliyyəti nəticəsində, 1.7 milyondan çox Suriyalı vətəndaşı evlərinə qayıtmağa imkan yaratdı.
Bu barədə Rusiya Federasiyası Müdafiə İdarəsi Milli Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev məlumat verdi.
“Rusiya və Suriyanın birgə fəaliyyəti nəticəsində 1.72 milyondan çox Suriyalı vətəndaş artıq evlərinə dönüb. Onlardan 1.29 milyondan çoxu məcburi köçkün, 429 min nəfər isə qaçqındır” – Mizintsev, Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında açıqladı.