Moskva və Yekaterinburqda 5 min nəfərə yaxın şəxs təxliyyə edildi

0
320

Moskvada yerləşən üç ticarət mərkəzindət 4.2 min nəfər evakuasiya edildi.
Hadisəyə səbəb Ticarət mərkəzlərində partlayıcı qurğuların olması barədə daxil olan anonim məlumatdır. Bu barədə paytaxtın fövqaladə hallar xidmətinin xüsusi nümayəndəsi məlumat verdi.
Onun sözlərinə görə, “Kolambus”, “Qorod” və “ Kuntsevo Plaza” ticarət mərkəzlərindən 4.2 min nəfər təxliyyə edildi.
Bundan əlavə, analoji hadisə Yekaterinburqda da yaşandı.
Yekaterinburqda yerləşən “Yelsin” mərkəzinin ziyarətçiləri də binadan təmami ilə təxliyyə edildi.
Daxil olan məlumatlarla bağlı hadisə yerlərində hüquq-mühafizə orqanları yoxlamalar aparır.