Putin Şimali Koreya lideri ilə görüşdü

0
210

Rüsiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen In ilə görüşdü.
Görüş Uzaq Şərq Federal Universitetinin Russki adasında yerləşən kampusunda keçirildi.
Danışıqlar zamanı Vladimir Purtin şəxsən Şimali Koreya liderini yenidən KXDR dövlət şurasının sədri seçilməsi münasibətilə təbrik etdi.
“Əminəm ki, ali dövlət vəzifələrindəki fəaliyyətiniz ölkələrimiz və xalqlarımız arasında dostluq, yaxşı qonşuluq münasibətlərinin inkişafına, Koreya yarımadasında sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcəkdir” – Putin qeyd etdi.
Rusiya Dövlət başçısı Pxenyanın Vaşinqton və Seul ilə dialoqun normallaşdırılmasına dair səylərini alqışladığını vurğuladı.
Öz növbəsində, Kim Çen In, Vladivostoka dəvəti üçün, Rusiya prezidentinə təşəkkür etdi və görüşün, iki ölkə arasındakı əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacağına ümid etdiyini bildirdi.
“Dünyanın diqqəti Koreya yarımadasındaki vəziyyətə yönəlib və hesab edirəm ki, biz bu məsələ ilə bağlı qiymətləndirmə və fikir mübadiləsi edəcik. Bu məsələni həll etməyinə dair çox mənalı danışıqlar aparacağıq” – Şimali Koreya lideri bildirdi.
Qeyd edək ki, bu gün Şimali Koreya lideri Vladivostoka gəldi. Bu, nəinki onun Rusiyaya ilk səfəridir, həm də onun ali vəzifəyə yenidən seçilməsindən sonra
ilk xarici səfəridir.