Putin Misir prezidenti ilə AES tikintisini müzakirə etdi

0
295

Misir və Rusiya prezidentləri Əbdül Fəttah əl Sisi və Vladimir Putin Pekində baş tutan görüş zamanı Misir istirahət zonaları, Ed Dabada nüvə stansiyası və Suez Kanalı sahəsindəki Rusiya sənaye bölgəsi ilə hava əlaqələrinin bərpası mövzusunu müzakirə etdi.
Bu barədə Misir prezidentinin xüsusi nümayəndəsi Basam Radı məlumat verdi.
“Ölkə başçıları, qarşılıqlı maraq doğuran bir sıra məsələləri, o cümlədən Misirə hava nəqliyyatını bərpa etməkdə razılığa gəldilər. Rusiya lideri, hava limanının təhlükəsizliyini təmin etmək üçün Misir səlahiyyətlilərinin səylərini dəstəklədi” – prezident nümayəndəsi qeyd etdi.
Bassam Radanın sözlərinə görə, “Əl-Dabada nüvə elektrik stansiyası tikintisi, dəmir yollarının inkişafı sahəsində əməkdaşlıq, təhlükəsizlik sahələrində və terrorizmlə mübarizədə qarşılıqlı əlaqə” layihəsi də müzakirə olundu.