Putin Belarusiyadaki səfirini dəyişdi

0
327

Rusiya Dövlət Başçısı Vladimir Putin, Mixail Babiçi Rusiya Federasiyasının Belarusiyadakı səfiri vəzifəsindən azad etdi. Sözü gedən vəzifəyə Dmitri Mezentsev təyin olundu.
Bu barədə Kremlin rəsmi internet saytında məlumat verildi.
“Vladimir Putin Dmitri Mezentsevi Rusiya Federasiyasının Belarusiyadaki fövqəladə və səlahiyyətli səfiri təyin etmək haqqında sərəncam imzaladı. Başqa bir sərəncam ilə dövlət başçısı Mixail Babiçi Rusiyanın Belarusiyadakı səfiri vəzifəsindən, eyni zamanda Belarus Respublikası ilə ticarət və iqtisadi əməkdaşlığın inkişafı üzrə Rusiya prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad etdi” – məlumatda deyilir.