Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ı günahlandırdı

0
238

Birləşmiş Ştatlar, Rusiya Müdafiə Nazirliyinin ekspertinə, BMT-nin tədbirində iştirak etmək üçün viza verməyərək, Suriya hadisələri ilə əlaqədar obyektiv məlumatların yayılmasını maneə törətmək istədi.
Vaşinqton beynəlxalq təşkilatda Rusiyanın normal işinə müdaxilə etməyə davam edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verildi.
“Biz bir daha ABŞ-ın pis niyyətlə BMT-nin Nyu-Yorkdakı qərargahı kimi öz öhdəliklərini yerinə yetirdiyinə və bu mövqeyini öz eqoist xarici siyasət məqsədləri üçün istifadə etdiyinə diqqət yetirməyə məcburuq. Bu dəfə isə, Rusiya Müdafiə Nazirliyinin tədqiqat institutunun başçısına giriş vizası verilməməsi məsələsi oldu” – məlumatda deyilir.