Putin Moskvanın yol polisinin rəhbərini vəzifəsindən azad etdi

0
272

Rusiya prezidenti Vladimir Putin Moskva yol polisi idarəsinin müdiri Viktor Kovalenkonu və İnquşetiya Daxili İşlər naziri Dmitri Kavunu vəzifədən azad etmək haqqında fərman imzaladı.
Müvafiq fərman hüquqi məlumatların rəsmi portalında dərc olundu
“Moskva şəhəri üzrə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Təhlükəsizliyi İnspektorluğunun rəhbəri Viktor Kovalenko vəzifəsindən azad olunsun” – dərc olunmuş məlumatda deyilir.
Prezidentin digər fərmanı ilə, İnquşetiya Daxili İşlər naziri Kavu vəzifədən azad edildi.
“İnquşetiya Respublikasının Daxili İşlər Naziri general-leytenant Kavu Dmitri Bogdanoviç tutduğu vəzifədən azad olunsun” – məlumatda deyilir