Bolton: Rusiya Venesueladaki hadisələrə müdaxilə etməməlidir

0
244

ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton, Venesuela prezidenti Nikolas Maduronu dəstəkləyən ölkələrə qarşı bir sıra addımlar atdığını söylədi.
O, jurnalistlərə bildirdi ki, Milli Təhlükəsizlik Şurasında bu məsələ ilə bağlı görüş keçiriləcək.
“Çoxsaylı addımları nəzərdən keçirəcəyik” – Bolton qeyd etdi.
Prezident məsləhətçisi vurğuladı ki, ABŞ prezidenti Donald Tramp xarici hərbi qüvvələrin Venesueladan çıxmasını istəyir.
“Bu, bizim yarımkürədir, bu Rusiyanın müdaxilə etməli olduğu yer deyil. Bu onlar tərəfindən bir səhvidir. Bu münasibətlərin yaxşılaşmaşmasına kömək etməyəcək”- Bolton əlavə etdi.