Böyük Vətən müharibəsinin iştirakçıları Rusiyaya pulsuz gələ biləcək

0
346

Belarus prezidenti Aleksandr Lukaşenko Böyük Vətən müharibəsi veteranlarına respublika və Rusiya arasında beynəlxalq qatarlarda pulsuz səyahət etmək hüququ verən fərman imzaladı.
Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat verdi.
“Böyük Vətən Müharibəsi veteranlarına Belarus və Rusiya arasında beynəlxalq qatarlarda, eləcə də respublika içi qatarlarda pulsuz səyahət etmək hüququ verilsin” – Lukaşenkonun imzaladığı fərmanda deyilir.