Çelyabinsk vilayətində kütləvi bıçaqlanma baş verdi

0
234

Çelyabinsk vilayətində, mübahisə nəticəsində bir kişi 5 nəfəri bıçaqlayaraq öldürdü.
Bu barədə Rusiyanın “Beşinci kanala” telekanalı mənbələrə istinadən məlumat verdi.
Ölənlərin 2-si kişi, 2-si qadın, biri isə uşaq olduğu bildirilir.
Televiziya kanalı bildirir ki, təqsirləndirilən şəxs polisə gələrək cinayəti etiraf edib.
Lakin yerli 74.ru portalına əsasən, saxlanılan şəxs təqsirini etiraf etməyib.
Hadisə yerində əməliyyatçılar və Daxili İşlər Nazirliyinin əməkdaşları araşdırma işləri aparır. İstintaq davam edir.