Rusiya XİN Lavrov və Arreasın görüşü barədə məlumat verdi

0
276

Rusiya xarici işlər naziri Sergey Lavrov və Venesuelanın xarici işlər naziri Xorxe Arreas bazar günü keçiriləcək görüşdə Venesueladaki vəziyyəti və burada dövlət çevrilişinə cəhdi müzakirə edəcəklər.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verdi.
“Mayın 5-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Bolivar Venesuela Respublikasının xarici işlər naziri Jorge Arreas arasında danışıqlar keçiriləcək. Venesueladaki vəziyyət və bu ölkədə dövlət çevrilişinə cəhtlə bağlı fikir mübadiləsi aparılacaq” – məlumatda deyilir.