İngiltərə xarici işlər naziri Rusiya və Venesuelaya təzyiqi artırmağa çağırdı

0
373

Qərb Venesuelaya və bu ölkənin hakimiyyətini dəstəkləyən Rusiyaya təzyiqini artırmalıdır.
Bunu Böyük Britaniya xarici işlər naziri Ceremi Hant bildirdi.
“Biz sanksiya potensialı da daxil olmaqla hazırki rejimə təzyiqi artırmalıyıq.
Maduro rejimi dəstəkləyən ölkələrə, xüsusilə də Rusiyaya təzyiqi artıramlıyıq. Rusiyanın öz hərbiçilərini Karakasa göndərməyini qınayırıq. Bu cür hərəkətlər Venesuela xalqına yalnız zərər verir.”- Hant qeyd etdi.
Nazirin sözlərinə görə, Britaniya, bu mövzuda öz mövqeyini Rusiyaya çatdırmaq istəyir. Onun fikrincə Moskva Venesueladaki siyasi prosesə maneə törədir.