Nijni Novqorodda partlayıcı qurğu barədə məlumat təsdiqini tapmadı

0
331

Nijni Novqorodda yerlən ticarət mərkəzində heç bir partlayıcı qurğunun olmadığı bildirilir.
Bu barədə Nijni Novqorod vilayətinin regional təhlükəsizlik şöbəsinin mətbuat xidməti jurnalistlərə məlumat verdi.
“Mayın 7-də Nijni Novqorodda 13 ticarət mərkəzində, və bir biznes mərkəzində partlayıcı qurğuların olması ilə bağlı məlumatlar daxil oldu.
Məlumat daxil olan kimi hüquq-mühafizə orqanlarının əməkdaşları o cümlədən xilasedicilər hadisə yerinə cəlb olundu. Bütün obyektlərdən insanlar evakuasiya edildi. Xidməti itlərlə birgə axtarış aparalandan sonra məlum oldu ki, daxil olan məlumatlar yalnışdır” – məlumatda deyilir.