Rostovda partlayıcı qurğu barədə yayılan məlumat təstiqlənmədi

0
262

Rostovda partlayıcı qurğuların olması barədə məlumat təsdiqlənmədi.
Bu barədə Rostov vilayətinin hökuməti məlumat verdi.
“Fövqəladə hallar xidmətinin əməkdaşları Rostov şəhərində ictimai binaların yoxlanışını başa çatdırdılar, partlayıcı qurğuların olması barədə məlumatlar təsdiq olunmadı” – verilən məlumatda deyilir.
Qeyd edək ki, şəhərdəki bir sıra ictimai binalarda partlayıcı qurğu barədə məlumat daxil oldu. Məlumat daxil olan kimi obyektlərdən bütün insanlar təxliyyə edildi.