Rusiya hərbçiləri Xmeynimə açılan bütün reaktiv raketləri məhv etdi

0
342

Suriyada Xmeynim bazasına terrorçular tərəfindən atılan bütün raketlər hava hücumundan müdafiə vasitələri tərəfindən vurularaq məhv edildi.
Hadisə nəticəsində ölən və yaralıların olmadığı bildirilir.
Bu barədə Suriyada müharibə edən tərəflərin barış mərkəzinin rəhbəri general Major Viktor Kupçişin məlumat verdi.
“Rusiyanın Xmeynim hava bazasının səmərəli şəkildə təşkil edilmiş hava müdafiə sistemi sayəsində bütün raketlər məhv edilib. Heç bir zərərçəkən yoxdur” – Kupçişin bildirdi.