Lavrov və Yaponiya XİN rəhbəri KXDR ətrafında müzakirələr apardı

0
303

Yaponiya və Rusiyanın xarici işlər nazirləri Taro Kono və Sergey Lavrov Şimali Koreyanın ətrafında vəziyyəti müzakirə etdi.
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Mitsuko Sino jurnalistlərə açıqlama verdi.
“Əlbətdə ki, müzakirə zamanı son hadisələrlə əlaqədar KXDR ilə bağlı məsələlər və bölgədəki təhlükəsizlik vəziyyətinə toxunuldu” – Sino qeyd etdi.
Onun sözlərinə görə, bu mövzu işgüzar nahar zamanı müzakirə edildi. “Anladığım qədəri ilə əsas müzakirə ikitərəfli danışıqlara yönəldilib”, – o əlavə edib.