Lavrov, ABŞ və KXDR-in əlaqələrini davam etdirəcəyinə ümid edir

0
316

Rusiya, Koreya yarımadasının vəziyyətini həll etmək üçün Birləşmiş Ştatlarla KXDR arasındakı əlaqələrin davam etdirilməsinə ümid edir. Bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirdi.
“Biz və Çinli dostlarımız, ABŞ və KXDR rəhbərləri arasında birbaşa dialoqun başlanğıcını xoş qarşılayırıq. Və bu dialoqun hər tərəfli şəkildə genişlənməsinə çalışırıq” – Rusiyalı nazir, Çinli həmkarı ilə görüş sonrası təşkil edilmiş mətbuat konfransında qeyd etdi.
Lavrov qeyd etdi ki, Rusiya Federasiyası və Çin 2017-ci ilin yazından bu istiqamətdə bir neçə dəfə öz fikirlərini ifadə ediblər.
“Öncəki Rusiya-Çin sammitində biz cənab Vang Yi ilə eyni yol xəritəsini əks etdirən bəyanatı imzaladıq” – Lavrov əlavə etdi.