Volqoqradda partlayıcısı qurğu barədə məlumatlar təsdiqini tapmadı

0
222

 

Volqoqradda beş alış-veriş mərkəzi, dəmiryolu və avtovağzalda partlayıcı qurğuların olması barədə məlumatlar öz təsdiqini tapmadı. Bu barədə Daxili İşlər Nazirliyinin Volqoqrad üzrə baş idarəsi məlumat verdi.
” Partlayıcısı maddələr barədə daxil olan məlumatların heç biri öz təsdiqini tapmadı. Cəmi 8 məlumat daxil olub: 5 Ticarət mərkəzi, 2 dəmiryolu vağzalı və bir avtovağzal” – məlumatda deyilir.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, parlayıcı qurğunun olması barədə daxil olan hər bir obyekt, hüquq-mühafizə orqanlarının əməkdaşları və xidməti itlər vasitəsilə ilə yoxlanılıb.
Qeyd edək ki, bir müddət öncə Volqoqrad hava limanının mətbuat xidməti, sərnişinlərin iki terminaldan evakuasiya olduğu barədə məlumat verdi.