Lavrov, Pompeo ilə Putin və Trampın görüşmək imkanını müzakirə etdi

0
286

Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ prezidenti Donald Trampun, Rusiya Dövlət Başçısı Vladimir Putin ilə Osakada görüş planlarını şərh edərkən, rəsmi təklifin gəldiyi təqdirdə, Moskvanın müsbət cavab verəcəyini və bu mövzunu ABŞ Dövlət katibi Mayk Pompeo ilə müzakirə etdiyini bildirdi.
“Təbii ki, Donald Trampın prezident Vladimir Putinlə Osakada baş tutaca G20 zirvə toplantısında görüşməsinə ümid etdiyini eşitmişik. Əgər rəsmi təklif gələrsə , əlbəttə ki, biz ona müsbət cavab verəcəyik” – Rusiya Xarici işlər Naziri Sergey Lavrov, Pompeo ilə görüşdən sonra təşkil olunmuş mətbuat konfransında bildirdi.
“Bu gün Mayk Pompeo ilə bu barədə danışdıq” – Lavrov qeyd etdi.