Lavrov pompeoya qeyri rəsmi memorandum təqdim etdi

0
248

Rusiya Xarici işlər naziri Sergey Lavrov Mayk Pompeoya ABŞıın Rusiyanın daxili işlərinə müdaxilə etdiyini sübut edən qeyri-rəsmi memorandum təqdim etdi.
Rusiya diplomatiyasının rəhbəri ABŞ-ın Moskva və Vaşinqton arasında bir-birinin işlərinə müdaxilə etməməsi barədə razılığını təsdiqləməyə hələ hazır olmadığını qeyd etdi.
“1933-cü ildə Birləşmiş Ştatların təşəbbüsü ilə prezident Franklin Ruzvelt və Rusiya Xarici İşlər üzrə Xalq Komissarı Maksim Litvinov bir-birinin daxili siyasi proseslərinə müdaxilə etməməyə dair nota ünvanlayıb” – nazir mətbuat konfransında qeyd etdi.
“Bir daha vurğulayıram ki, Amerika Birləşmiş Ştatları nota mübadiləsinin təşəbbüskarı idi. Obama administrasiyasından başlayaraq, bir neçə ildir ki, amerikalı tərəfdaşlarımıza bu müqaviləni yenidən təsdiq etməyi təklif edirik, lakin onlar hələ buna hazır deyi” – Lavrov əlavə etdi.