Matvienko: Rusiya ABŞ ilə dialoqa həmişə hazırdır

0
293

Rusiya ABŞ ilə dialoqu davam etdirməyə hazırdır, amma indiyədək münasibətlərdəki istiqamətinin dəyişdirilməsi barədə danışmaq hələ çox erkəndir.
Bu barədə Rusiya Federasiyasının Federasiya Şurasının spikeri Valentina Matvienko məlumat verdi.
“Biz həmişə ABŞ ilə normal dialoqun bərpasına hazır olduğumuzu demişik, Rusiyanın və ABŞ-ın iştirakı olmadan həll edilə bilməyən kəskin regional, beynəlxalq problemlərlə bağlı tədbirlərin uyğunlaşdırılmasında, maraqlı olduğumuzu söyləmişik … ABŞ ilə dialoqu davam etdirməyə hazırıq” – Matvienko jurnalistlərə bildirdi.
Eyni zamanda, o əlavə edib ki, “indiyədək, istiqamətin dəyişdiyini, inqilabın baş verdiyini, dramatik dəyişikliklərin olduğunu söyləmək çox erkəndir”. “Hadisələrə baxaq, hadisələrin necə inkişaf edəcəyini nəzər salaq” – Matvienko əlavə etdi.