Putin elm və biznesin qarşılıqlı təsir mexanizminin yaradılmasını dəstəklədi

0
286

Rusiya prezidenti Vladimir Putin elm və biznesin yüksək texnologiyalı sənayenin yaradılması çərçivəsində qarşılıqlı fəaliyyət proqramını hazırlamaq fikrini dəstəklədi.
Dövlət başçısı tədqiqat və gənc alimlər ilə görüşdü. Gənc alimlərdən biri, mikroelektronika sahəsində böyük miqyaslı sənaye yaratmaq üçün biznes və elmin qarşılıqlı fəaliyyətinə yönəldiləcək fəaliyyət proqramı yaratmağı təklif etdi.
“Tamamilə razıyam. Qeyri-adekvat olsa da, çox mürəkkəb bir prosesdir, onun mexanizmini tənzimləmək lazımdır. Düzün desəm, hələki onu tənzimləyə bilməmişik” – Rusiya dövlət başçısı, gənc alimə cavabında dedi.
Vladimir Putinin sözlərinə görə, investisiya şirkətlərinin potensialı, elmdə sərmayə qoymaq da daxil olmaqla, çox böyükdür.