Qalkin: “Qolos deti”-nin nəticələrinin ləğvi ədalətli və cəsur qərardır

0
423

“Qolos deti” müsabiqəsinin finalının nəticələrinin ləğv edilməsi cəsur və ədalətli qərardır. Bu isə “Birinci kanal”-ın obyektivliyi korporativ maraqlardan daha vacib olduğunu sübut etdi.
Bunu teleaparıcı Maksim Qalkin bildirdi.
“Qolos deti” yarışmasının final buraxılışı zamanı, mən, bir izləyici olaraq, emosional reaksiya verdim və nəticələrin ədalətsiz olduğunu düşündüm. “Birinci kanal” informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşan bir qrup mütəxəssis dəvət edərək, kanalın obyektivliyi və ədaləti korparativ maraqlardan daha üstün tutduğunu sübut edir. Bu mənim üçün çox dəyərlidir” – aparıcı bildirdi.
Qeyd edək ki, şounun yekun mərhələsindəki nəticələr ictimaiyyətdə geniş rezonans doğurub. Səsvermənin nəticələrinə əsasən, rusiyalı müğənni Alsunun 10 yaşındakı qızı Mikella Abramova 56,5% səs toplayaraq “Qolos deti” layihəsinin qalibi olub..